AZ

Süd vəzi xərçəngi OLA BİLƏRSİNİZ- XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu  süd vəzi xəstəlikləri və onların diaqnostikada rolu olub.
Verilişdə qonaq qismində  Milli Onkologiya mərkəzinin həkimləri onkoloq-mammoloq Günel Məmmədova və radioloq Turab Abdıyev iştirak edib.  Həkimlər bildirib ki, süd vəzi xəstəlikləri haqqında doğru bilinən yanlışlar çoxdur. Ən çox da xanımların qorxduğu süd vəzi xərçənginin yaratdığı fəsadlardır. Lakin xərçəngə qədər müəyyən ağırlaşmalar hökm sürür. Xanımlar isə, çox vaxt biganə yanaşırlar.  Süd vəzi iltihabı, kistalar, axardaxili popilomalar , fibrokistik dəyişmələr ( xəstəlik deyil, hormonal dəyişiklikdir) və digərləri xəstəliklər sırasında yer alır. 

Mütəxəssislər qeyd edib ki, ultrasəs-müayinələr xəstəliklərin aşkarlanmasında böyük rol oynayır. Ümumi statistikada göstərilir ki, hər il 2,3 mln insan süd vəzi xərçənginə  yoluxur. Onlardan da 670 mini dünyasını dəyişir. Ölkəmizdə bu xəstəliyi daşıyanların hazırda sayı 18 min nəfər təşkil edir. Onlardan 8062 nəfəri 5 ildən çoxdur ki, xəstəlikdən qurtulub.

Seçilən
37
Ajans.az

1Mənbələr