Misli Premyer Liqasının 11-ci turunda Qəbələdə "Kəpəz"in qonağı olacaq "Sabah" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı oyunçu yoxdur. Zinəddin Uld Xaled, Boyan Letiç, Akim Zedadka və Pavol Şafranko zədə səbəbindən "Kəpəz"ə qarşı oynamayacaqlar".
Qeyd edək ki, "Kəpəz" - "Sabah" oyunu noyabrın 9-da keçiriləcək. Matçın start fiti 15:44-də səsləndiriləcək.
Nihat