AZ

Təkəri partlayan “VAZ” yolun ortasında aşdı, sürücü yaralandı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Kəngərli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 6-da səhər saatlarında Xok yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun ortasına aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb maşının təkərinin partlaması olub. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib. Sıxılı vəziyyətdə qalan sürücü vətəndaşların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılıb. Onun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
avtosfer.az

1Mənbələr