AZ

Niyə hərbi məktəblərə qəbul balı 150-200 baldır? - Deputatdan irad

Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul üçün minimal keçid balı 150–200 arasıdır bu isə müasir hərbi sənət üçün aşağı səviyyədir. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.

Deputatın sözlərinə görə, bu barədə rəsmi açıqlama verilməsə də, onun əldə etdiyi məlumatlar bunu təsdiqləyir. O qeyd edib ki, müasir hərb sənəti daha yüksək  biliklər tələb edir və buna görə qəbul meyarlarının artırılması vacibdir.

Həsənquliyev həmçinin vurğulayıb ki, hərbçilərin təminatı və mənzil məsələsində problemlər qalmaqdadır. Onun fikrincə, hərbçilərə ipoteka və güzəştli kredit imkanlarının yaradılması onların sosial rifahını yaxşılaşdırmaq baxımından daha səmərəli ola bilər.

Gülnar Nazimqızı 

Seçilən
4
anews.az

1Mənbələr