AZ

“Tesla” səhmdarları İlon Mask üçün 1 trilyon dollarlıq təzminat paketini təsdiqləyiblər

Bakı, 7 noyabr, AZƏRTAC

Tesla səhmdarları İlon Mask üçün on il ərzində 1 trilyon dollaradək kompensasiyanı nəzərdə tutan yeni təzminat paketini təsdiqləyiblər.

AZƏRTAC xəbər verir ki, təklif şirkətin səhmlərinin 75 faizdən çoxunu əlində saxlayan səhmdarlar tərəfindən dəstəklənib.

“Tesla” şirkətinin direktorlar şurası İlon Maskın növbəti onillikdə şirkətin rəhbərliyində qalmasına imkan verəcək yeni təzminat paketini irəli sürüb. Əks halda o, şirkəti tərk edə bilər.

Yeni təzminat planı şirkətin müəyyən bazar kapitallaşması və əməliyyat göstəriciləri hədəflərinə nail olması halında səhmlər şəklində mərhələli ödənişləri nəzərdə tutur. Maksimum ödəniş “Tesla” şirkətinin bazar dəyərinin 2035-ci ilədək 8,5 trilyon dollara çatacağı təqdirdə nəzərdə tutulur. Bu halda İlon Mask şirkətin 1,03 trilyon dollarlıq 12 faiz səhmlərini əldə edəcək.

2025-ci ilin əvvəlindən “Tesla” şirkətinin bazar kapitallaşması 10,4 faiz artaraq 1,54 trilyon dollara çatıb.

Seçilən
53
azertag.az

1Mənbələr