AZ

Ölkədə təminatsız kreditlərin verilməsi dayandırılmalıdır - Zahid Oruc

Ölkədə məhkəmə qərarlarının 420 mini bank kreditləri ilə bağlıdır və bu, məhkəmə sisteminə ciddi təzyiq yaradır. Bunu Milli Məclisin deputatı Zahid Oruc 2026-ci ilin dövlət büdcəsi layihəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, problemli kreditlərin həcmi 500 milyon manatdan çoxdur, halbuki devalvasiya dövründə bu göstərici 1,2 milyard manat təşkil edib.

Deputat qeyd edib ki, banklar çox vaxt vətəndaşların ödəmə qabiliyyətini bilmələrinə baxmayaraq, geri qaytarılması mümkün olmayan kreditlər verirlər.

 “Bu, əhaliyə yardım deyil, əksinə, zərərdir,” —  Oruc vurğulayıb.

O həmçinin təminatsız kreditlərin verilməsinin ölkə üzrə dayandırılmasını və maliyyə resurslarının daha səmərəli istiqamətlərə yönəldilməsini təklif edib.

Gülnar Nazimqızı 

Seçilən
19
anews.az

1Mənbələr