AZ

“Real” Rüdigeri “Çelsi”yə sata bilər

BAKI, 7 noyabr. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid” almaniyalı müdafiəçi Antonio Rüdigeri İngiltərə klubu “Çelsi”yə sata bilər.

Teleqraf “Marca” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” son altı ayı zədə səbəbindən buraxan və hazırda diz əməliyyatından sonra bərpa prosesində olan futbolçunun tam sağalmasını gözləyir.

Rüdigerin gələcəyi ilə bağlı yekun qərar 2026-cı ilin əvvəlində veriləcək. Almaniyalı müdafiəçi ilə bir sıra aparıcı Avropa klubları maraqlanır.

Əgər bu variantlardan heç biri reallaşmasa, Rüdigerin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmə ehtimalı da istisna edilmir.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildə azad agent kimi “Çelsi”dən “Real Madrid”ə transfer olunub.

Seçilən
15
teleqraf.com

1Mənbələr