AZ

D.TRAMP M.ASİYA ÖLKƏLƏRİNİN LİDERLƏRİ İLƏ GÖRÜŞÜB » AzadMedia.az

D.TRAMP


Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşüb.

Vaşqintonda baş tutan C5+1 formatlı sammitdə qarşılıqlı əlaqələri, o cümlədən, nadir metalların ticarəti və regional məsələlər müzakirə olunub.
2015-ci ildə yaradılan bu format Birləşmiş Ştatların Mərkəzi Asiya dövlətləri ilə kollektiv əməkdaşlıq etməsi üçün əsas platforma hesab olunur.
Bu sammit həm regionun artan strateji əhəmiyyətini, həm də “C5+1” formatının davamlı aktuallığını təsdiqləyən addım kimi qiymətləndirilir.

“Mərkəzi Asiya ölkələri bir zamanlar Şərqlə Qərbi birləşdirən qədim İpək Yoluna ev sahibliyi ediblər. Təəssüf ki, əvvəlki Amerika prezidentləri bu regiona tamamilə əhəmiyyət verməyib. Mən bu regionun əhəmiyyətini anlayıram. Lakin çox insan bunu bilmir” – deyə Tramp vəziyyəti şərh edib.
Ekspertlər Trampın nadir metal tədarükünü artırma cəhdlərini Çinin bu sektorda üstünlüyünü cilovlamaq niyyəti kimi şərh edirlər.
Qeyd edək ki, nadir metal mədənçiliyinin 70 faizi Çində cəmləşib.

Uran ixracatının, demək olar ki, yarısı Mərkəzi Asiyanın payına düşür.
İxracatın əsas istiqaməti isə indiyə qədər Rusiay və Çin olub.

Misal üçün, Qazaxıstan 2023-cü ildə Çinlə 3.07 milyard, Rusiyaya isə 1.8 milyard dollarlıq mineral satıb.

Seçilən
1
1
azadmedia.az

2Mənbələr