AZ

Qazaxıstan “İbrahim anlaşması”na qoşulur

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff maraqlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, yaxın günlərdə daha bir ölkənin “İbrahim Anlaşması”na qoşulacağını bildirib.

Xüsusi nümayəndə deyib ki, bu, İsraillı münasibətlərini normallaşdıran növbəti müsəlman ölkəsi ollacaq. Lakin o, həmin ölkənin adını çəkməyib.

ABŞ mediası isə məlumat yayıb ki, BƏƏ, Bəhreyn, Mərəkeş və Sudanın ardından İsraillə anlaşmaya girəcək ölkə Qazaxıstandır.

Qeyd edək ki, “İbrahim müqaviləsi” İsraillə müsəlman ölkələri arasında əlaqələrin qurulması, dərinləşdirilməsi və inkişaf etdirilməsi məqəsədi ilə nəzərədə tutulub. Həmin sazişə Azərbaycanın da qoşulacağına dair xəbərlər var. Amma rəsmi Bakı bu barədə hər hansl açıqlama verməyib.

Fərda Uğur

 

Seçilən
10
1
tribunainfo.az

2Mənbələr