Endokrinoloq Maksim Kuznetsov sağlamlıq üçün ən zərərli səhər yeməyi variantını açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə özünün YouTube kanalında danışıb.
Mütəxəssisin sözlərinə görə, səhər yeməyinin ən zərərli forması tərkibində üç-dörd müxtəlif yağ mənbəyi olan yeməkdir. O, nümunə olaraq yağda qızardılmış yumurtanı, bekon və ya digər ət məhsulları ilə birlikdə yeyilən yeməyi göstərib.
Kuznetsov bildirib ki, bu cür səhər yeməkləri orqanizmdə lipid balansını pozur, xolesterinin artmasına və ürək-damar problemlərinin yaranmasına səbəb ola bilər.
Aytəkin TOFİQQIZI