Pentaqonun rəhbəri Pit Heqset Karib dənizində narkotik daşıdığı iddia edilən bir qayığa hücum təşkil edildiyini və nəticədə 3 nəfərin öldürüldüyünü açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Pit Heqset sosial media hesabında paylaşdığı açıqlamada, Karib dənizində narkotik daşıdığı irəli sürülən qayığın vurulma anına dair görüntüləri yayımlayıb.
ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilən hücumda qayığın içindəki 3 nəfərin öldürüldüyünü bildirən Pit Heqset həmin qayığın ABŞ tərəfindən terror təşkilatı kimi tanınan bir qrup üçün fəaliyyət göstərdiyini iddia edib.
Pentaqonun rəhbəri Pit Heqset Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən qayığın beynəlxalq sularda vurulduğunu açıqlayıb.
O, hücum zamanı heç bir ABŞ əsgərinin zərər görmədiyini vurğulayaraq, “narkotik terrorçularına qarşı gəmi hücumları dayanana qədər davam edəcək” deyib.
“Vətənimizi təhdid edən bütün narkotik terrorçulara səslənirəm, sağ qalmaq istəyirsinizsə, narkotik qaçaqmalçılığına son verin”, - deyə Pit Heqset əlavə edib.