AZ

Yanvar-sentyabr aylarında 46,7 milyon dollarlıq şəkər ixrac edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 46,7 milyon ABŞ dolları dəyərində 65,2 min tondan çox şəkər ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 46,9 faiz və ya 14,9 milyon dollar, həcmi isə 56,8 faiz və ya 23,6 min ton artıb.

Cari ilin ilk 9 ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,25 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,76 faizə bərabər olub.

Seçilən
47
vergiler.az

1Mənbələr