AZ

Deputat təklif edir ki, büdcə xərclərinin bir hissəsi elmi tədqiqatlara ayrılsın

Milli Məclisin deputatı Səbinə Salmanova təklif edir ki, növbəti illərdə müdafiə büdcəsinin 1–2 faizi elmi-tədqiqat və innovasiyalara, 2–3 faizi isə kibermüdafiə, rabitə və kadr hazırlığına yönəldilsin. Bu barədə deputat 2026-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib. 

Salamova  bildirib ki, 2026-cı il üçün “Müdafiə və milli təhlükəsizlik” bölməsi üzrə 8 milyard 714 milyon manat vəsait nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 318,5 milyon manat çoxdur və ümumi büdcə xərclərinin 21 faizini təşkil edir.

Deputat qeyd edib ki, hazırda müdafiə sahəsində elmi-tədqiqat və innovasiyalara ayrılan vəsait ümumi xərclərin 1 faizinə belə çatmır, halbuki müasir dövrdə bu göstərici daha yüksək olmalıdır.

“Biz artıq XXI əsrin intellektual savaşları dövrünə qədəm qoymuşuq. Burada silahın sayından çox, ağlın gücü, texnologiyanın üstünlüyü və süni intellektin tətbiqi həlledici rol oynayır,” — Əliyeva vurğulayıb.

Gülnar Nazimqızı 

Seçilən
25
2
anews.az

1Mənbələr