AZ

ABŞ-da hərbi bazaya kimyəvi hücum - Zəhərlənənlər var

ABŞ-ın Merilend ştatındakı hərbi bazada şübhəli bağlama ajiotaj yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, bağlama 6 noyabrda bazaya çatdırılıb və açıldıqdan sonra yayılan toz nəticəsində kütləvi zəhərlənmə baş verib. Bağlama açıldıqdan sonra bazadakı bina evakuasiya olunub. 

Hadisə yerinə bazanın təcili yardım xidmətləri göndərilib və ilkin yoxlamalar nəticəsində ciddi təhlükə aşkarlanmayıb. İstintaq davam edir.

CNN-in xəbərinə görə, yaralıların xəsarətlərinin dərəcəsi hələ də məlum deyil. Təhlükəli maddələrin ilkin sahə testi (HAZMAT) nəticəsiz qalıb. 

Qeyd edək ki, 5 noyabrda ABŞ prezidenti Donald Tramp "Endryus" bazasına baş çəkib. Bu bazaya nazirlər və digər yüksək vəzifəli şəxslər tez-tez səfər edir.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr