Nigeriyada İŞİD-in Qərbi Afrika qolu (ISWAP) öz döyüşçülərinə ictimai yerlərdən uzaq durmaq və hərəkətlərini məhdudlaşdırmaq barədə xəbərdarlıq edib.
News365.az xəbər verir ki, bu addım ABŞ-ın ölkə ərazisində kəşfiyyat fəaliyyətini artırması və Nigeriyada mümkün hərbi zərbələrin endiriləcəyi barədə yayılan məlumatlarla bağlıdır.
Hazırda ABŞ rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.