AZ

Ukrayna ABŞ-dan “Tomaqavk” raketləri almaq niyyətindədir

Ukrayna ABŞ-dan “Tomaqavk” tipli uzaqmənzilli raketlər əldə etmək imkanlarını müzakirə edir.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Olqa Stefanişina “RBC-Ukrayna”ya açıqlamasında məlumat verib.

Diplomat bildirib ki, hazırda ABŞ və Ukrayna arasında bu məsələ ilə bağlı “müsbət danışıqlar” aparılır.

“Danışıqlar davam edir. ABŞ-da hərbi imkanlarımızı genişləndirmək üçün bir neçə nümayəndə heyətimiz fəaliyyət göstərir. Söhbət yalnız ‘Tomaqavk’dan deyil, həm də müxtəlif uzaq və qısa mənzilli raket sistemlərindən gedir. Ümumilikdə proses olduqca müsbət istiqamətdə irəliləyir”, – deyə Stefanişina vurğulayıb.

Xatırladaq ki, oktyabr ayında CNN mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin ötürülməsini təsdiqləyib.

Pentaqonun məlumatına əsasən, bu raketlərin Ukraynaya göndərilməsi ABŞ-ın hərbi arsenalına mənfi təsir göstərməyəcək. Bununla belə, “Tomaqavk” raketlərinin təchizatı ilə bağlı yekun qərar ABŞ prezidenti Donald Tramp tərəfindən veriləcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr