AZ

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Seçilən
10
49
teleqraf.com

10Mənbələr