AZ

Astarada naringi ağaclarda çürüyür: Səbəb nədir?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Astarada naringi ağaclarda çürüyür.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Vahid Məhərrəmli bildirib. 

O, Astarada naringi istehsalçılarının növbəti dəfə ciddi problemlərlə qarşılaşdığını bildirib:

"Naringi meyvələri xırda olmaqla məhsuldarlığı kəskin şəkildə aşağı düşüb. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün naringiyə təlabat xeyli azalıb. Kəndlərdə saxlama kameraları olmadığına görə, məhsul ağaclarda qalıb çürüyür. 2018-ci ildə "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Qəbul edilmiş dövlət proqramının icra müddəti 2024-cü ildə başa çatıb. Sənəddə qeyd edilib ki, "Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur”. DSK-nın məlumatlarına əsasən apardığım hesablamalar gstərdi ki, 2024-cü ildə sitrus meyvələrinin istehsal həcmi 85 min ton təşkil etmişdir. Bu da dövlət proqramında nəzərdə tutulduğundan 15 min ton, yəni 15% azdır”.

İqtisadçının fikirincə, bu araşdırmalar onu deməyə əsas verir ki, dövlət proqramının qəbulundan sonra sitrus bitkilərinin məhsuldarlığını artırmaq və əvvəlki səviyyəyə çatdırmaq mümkün olmayıb:

"Belə ki, limonun məhsuldarlığı 2000-ci ildə hər hektardan 163,7 sentner olduğu halda, 2024-cü ildə bu göstərici 50,6 sentner azalaraq 113,1 sentnerə düşüb. Son 10 il ərzində feyxoanın məhsuldarlığı 139,5 sentnerdən 112,4 sentnerə, naringinın məhsuldarlığı isə 270,9 sentnerdən 229,9 sentnerə düşüb. Portağalın məhsuldarlığı 20 il əvvəl 257, 8 sentner təşkil etdiyi halda, 2024-cü ildə 105,4 sentner azalaraq 152,4 sentnerə enib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
qaynarinfo.az

1Mənbələr