AZ

İtaliya nəhənglərinin mübarizəsi: "Siti"nin futbolçusu üçün

İtaliya nəhəngləri “İnter”, “Yuventus” və İngiltərə təmsilçisi “Kristal Pelas” “Mançester Siti”nin mərkəz müdafiəçisi Natan Akeyə maraq göstərir.

Publika.az xəbər verir ki, bu klublar 30 yaşlı futbolçunun transferi uğrunda qış transfer pəncərəsində mübarizə apara bilər. Bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin sözlərinə görə, “şəhərlilər” təxminən 30–35 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır.

Niderlandlı müdafiəçi 2020-ci ilin yayından “Mançester Siti”nin heyətində çıxış edir. Bu müddətdə o, dörd dəfə İngiltərə Premyer Liqasının və bir dəfə Çempionlar Liqasının qalibi olub.

Seçilən
53
publika.az

1Mənbələr