AZ

Gəlirlərdən 3 faizlik verginin tutulması özü böyük güzəştdir – Nazir

Bakı. Trend:

2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-iqeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımımüxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağaçalışırlar. Bu doğru yanaşma deyil.

Trend xəbərverir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquqsiyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiyailə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrininbirgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlətbüdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, artımın birinci mənbəyi qeyri-neft ÜDM-inözünün artmasıdır:

“Gələn il qeyri-neft ÜDM-i nominal olaraq təqribən 10%, realolaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdəntutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır.Hər zaman verginin ÜDM-dəki payına baxılır.

Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə,gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır,ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış biryanaşmadı”.

S.Babayev vurğulayıb ki, vergi paketi təqdim olunub və onlarlamüxtəlif yeni güzəşt nəzərdə tutulub.

“Yerli istehsal və kənd təsərrüfatı ilə bağlı geniş güzəştlər,Naxçıvan qeyd edildi, sadələşdirilmiş vergi limitinin 200 mindən400 minə qaldırılır, nağdsız əməliyyatlarla bağlı güzəştlər dəpaketin tərkibindədir.

Ən çox müzakirə olunan məsələ isə muzldu gəlirə olan gəlirvergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimizaçıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3 % olacaq.Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəlisürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergitətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükününartdığını düşünmürük”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Seçilən
20
7
az.trend.az

6Mənbələr