AZ

Azərbaycan dilində süni intellekt əsaslı yoxlama sistemi yaradılmalıdır - Vüsalə Mahirqızı

Bakı. Trend:

Mediada dilin saflığının qorunması, ifadələrin və idiomlarındüzgün işlədilməsi çox vacibdir, lakin reallıqda bu, hər zaman tammümkün olmur.

Trend xəbərverir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilininnormalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Çapvə onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlərvə həll yolları” mövzulu panel sessiyada APA Holdinqin rəhbəriVüsalə Mahirqızı deyib.

O bildirib ki, ədəbiyyatda və ya ədəbi materiallarda olduğukimi, ifadələri və deyimləri tam yerində və mükəmməl şəkildəişlətmək hər zaman mümkün deyil:

"Kim bu peşəkarlığa yüz faiz əməl etdiyini deyirsə, yanılır.Müasir media mühitində tələskənlik, operativlik və kanvi üsullaişləmək müəyyən səhvlərə yol aça bilər. Amma ən narahatedici məqamodur ki, bəzi üslub səhvləri artıq normaya çevrilib".

V.Mahirqızı qeyd edib ki, bəzi hallarda dilin təbii ifadə gücüsüni şəkildə məhdudlaşdırılır:

"Məsələn, "ölmək" sözü Azərbaycan mediasında az qala yasaqifadəyə çevrilib. Kiminsə haqqında "öldü" yazanda dərhal etirazlargəlir. Amma bu, dilimizdə tam normal və doğru sözdür. Əvəzində"dünyasını dəyişdi", "həlak oldu" kimi ifadələrdən istifadə olunur.Halbuki biz dilin təbiiliyini və ifadə gücünü qorumağaçalışmalıyıq", – deyə o vurğulayıb.

Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan dili üçün süniintellekt əsaslı imla və üslub səhvlərini yoxlayan sisteminyaradılmasına ehtiyac var: "Dövlət dili haqqında qanunda buistiqamətdə normativlərin müəyyənləşdirilməsi vacibdir. Dünyanınbir çox qabaqcıl ölkələrində dil normalarının pozulmasına görəcərimələr tətbiq olunur".

Məqalədə:
Seçilən
45
az.trend.az

1Mənbələr