AZ

“Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Biz mətbuatda çox tez-tez eşidirik ki, əməkhaqqıdan tutulan vergi güzəştləri ləğv edilir. Bir daha bəyan etmək istəyirik ki, vergi güzəştlərinin ləğv olunmasından söhbət getmir və gedə də bilməz. Söhbət ondan gedir ki, dünyanın hər yerində vergi güzəştləri müddətli olur. 7 il müddət verilmişdi və o müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni bir növü gətirilir. Yəni 2500 manata qədər əməkhaqqı alanlara vergi tutulması 14% olmalı idi, amma 3% olacaq. Mənə elə gəlir ki, Azərbaycanda 2500 manat əməkhaqqı alan şəxslərin kifayət qədər çoxdur və 3% də o qədər böyük məbləğ deyil. Maarifləndirməni genişləndirmək lazımdır”, - nazir müavini vurğulayıb.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
5
qafqazinfo.az

6Mənbələr