Fiziki və hüquqi şəxslərə 30 mindən artıq vəsaitin nağdlaşdırılmasına qoyulan məhdudiyyət aradan qaldırılmalıdır.
Azreform.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zaman deyib.
Onun sözlərinə görə, fiziki və hüquqi şəxslər onsuz da bu vəsaiti nağdlaşdırmanın ən müxtəlif yollarından istifadə edirlər.
“Onlar müxtəlif şirkətlər vasitəsi ilə köçürmələr etməklə həmin vəsaiti nağdlaşdırırlar. Bu zaman onlar həmin vəsaitin 14 faizini itirir. Bu vəsaitlərin nağdlaşdırılmasına vergilər də nəzarət edə bilmir. Amma təklif edirəm ki, nağdlaşdırmaya icazə verilsin və nağdlaşdırmaya görə 4 faiz vergi ödənilsin. Buna imkan verilsə, yaxşı olar. Çünki bu qanımızdan irəli gələn məsələdir. Avropada valideyn 100 manatı övladına borc verir. Bizdə isə valideyn nəticəsi üçün nəsə edir və ona xidmət edir”, - o qeyd edib.
Mürtəza