AZ

Özbəkistandakı Azərbaycan diasporu Özbəkistan Prezidentinin Vaşinqtona səfərini alqışlayıb

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Özbəkistandakı Azərbaycan diasporu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Vaşinqtona səfərinin işgüzar proqramının uğurla başa çatmasını, Amerikanın aparıcı şirkətləri, investisiya fondları və maliyyə institutlarının nümayəndələri ilə görüşünü böyük maraqla qeyd edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzi idarə heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov sosial səhifəsində paylaşıb.

O, qeyd edib ki, belə görüşlər Özbəkistanın beynəlxalq arenada artan nüfuzunu və ölkənin iqtisadi əməkdaşlığın genişləndirilməsinə, investisiyaların cəlb edilməsinə və innovativ texnologiyaların tətbiqinə yönəlmiş ardıcıl siyasətini nümayiş etdirir:

"Əminik ki, bu səfərin nəticələri Özbəkistan və ABŞ arasında qarşılıqlı faydalı əlaqələri gücləndirəcək, ölkə üçün davamlı inkişaf və firavanlıq üçün yeni perspektivlər açacaq.

Özbəkistandakı Azərbaycan diasporu Prezident Şavkat Mirziyoyevin iqtisadiyyatın modernləşdirilməsinə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinə və xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş kursuna dərin hörmət və dəstəyini ifadə edir".

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr