ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sovetski" ərazisində dövlət qeydiyyatına alınmış və bundan sonra qeydiyyata alınmasına müsbət rəy verilən abidələrin təyinatı məlum olub.
"Unikal"ın məlumatına görə, ərazidə 73 tikili buna qədər dövlət mühafizəsinə götürülüb.
Ekspert Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında isə daha 33 tikiliyə tarixi-memarlıq abidə statusu verilməsi nəzərdə tutulur.
Bu 106 abidənin 96-sı fərdi yaşayış evi, 10-u isə müxtəlif təyinatlı tikililərdir. 10 tikilinin 3-ü hamam, 3-ü məscid, biri kilsə, digər 3-ü isə müxtəlif təyinatlı iaşə obyektidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.