AZ

Pezeşkian xəbərdarlıq etdi: Tehran evakuasiya oluna bilər

İran prezidenti Məsud Pezeşkian xəbərdarlıq edib ki, su təchizatı ilə bağlı vəziyyət pisləşirsə, hakimiyyət Tehrandan evakuasiya tədbirlərinə müraciət edə bilər.

Modern.az xəbər verir ki, dövlət başçısı bu açıqlamanı "Sanandaj şəhərinə işgüzar səfər zamanı" bildirib.

Məsud Pezeşkianın sözlərinə görə, İran çoxillik quraqlıq və yeraltı su ehtiyatlarının tükənməsi nəticəsində yaranan kütləvi su böhranı ilə üzləşir.

Prezident qeyd edib ki, paytaxtdakı vəziyyət son dərəcə ağırdı.

"Yaxın gələcəkdə yağış yağmasa, gələn aydan Tehranda ciddi su məhdudiyyətləri tətbiq etməli olacağıq”.

Prezident onu da etiraf edib ki, yüksək inflyasiya, o cümlədən iqtisadi çətinliklər xarici sanksiyaların və daxili idarəetmənin nəticəsidir. O, əlavə edib ki, məhdud maliyyə mənbələri bir çox dövlət layihəsinin başa çatmasına mane olur.

Pezeşkian təbii sərvətlərin rasional idarəetməsinə, su və enerji qənaət standartlarını sərtləşdirmək, habelə iqlim dəyişikliyi kontekstində kənd təsərrüfatının və sənayenin inkişafına yanaşmaları nəzərdən keçirmək ehtiyacını vurğulayıb.

Seçilən
4
2
modern.az

3Mənbələr