AZ

İtaliya klubunun futbolçusu "Çelsi"yə transfer oluna bilər

İtaliya

İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi Niko Pas "Çelsi"yə (İngiltərə) transfer oluna bilər.

"Report"un "TBR Football"a istinadən məlumatına görə, London təmsilçisi 21 yaşlı argentinalı oyunçunu diqqətlə izləyir.

Futbolçu həmçinin İspaniyanın "Real" klubunun da maraq dairəsindədir. Lakin "Çelsi"nin daha sərfəli təklifi keçidi mümkün edə bilər.

Qeyd edək ki, N.Pas İtaliya A Seriyasının cari mövsümündə meydana çıxdığı 10 matçda 4 qola, eyni sayda məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Seçilən
29
1
xalqcebhesi.az

2Mənbələr