AZ

Tramp: ABŞ İran qarşısında sanksiyaları yumşaltmağa hazırdır

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, İran ABŞ-ın ölkəyə qarşı sanksiyalarının ləğv edilə biləcəyini soruşub və o, belə bir addıma hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Trampın sözlərini "Reuters” yayıb.

Tramp deyib ki, İran hazırda ABŞ-ın "çox sərt sanksiyaları” altındadır və bu sanksiyalar Tehranın planlarını həyata keçirməsini "çətinləşdirir”.

"Bu məsələni dinləməyə hazıram və sonra nə olacağına baxacağıq. Amma mən buna hazıram”, – deyə Tramp bildirib.

Yanvarda ikinci dəfə prezidentlik səlahiyyətlərinin icrasına başlayan Tramp yenidən İrana qarşı "maksimum təzyiq” kampaniyasını bərpa edib. Bu siyasət Tehranın nüvə silahı yaratmasının qarşısını almağa yönəlib.

İyunda ABŞ İranın nüvə obyektlərini bombalayıb.

İran və İsrail arasında iyun ayında baş vermiş 12 günlük müharibədən əvvəl tərəflər beş raund nüvə danışıqları aparmış, lakin danışıqlarda ciddi maneələr yaranmışdı. Xüsusilə Qərb ölkələrinin uranın İran ərazisində zənginləşdirilməsinin sıfra endirilməsi tələbi ciddi fikir ayrılığına səbəb olmuşdu. Bu tələb İran rəhbərliyi tərəfindən rədd edilib.

Tramp xəbərdarlıq edib ki, əgər Tehran ABŞ-ın bombaladığı nuvə obyektlərinin fəaliyyətini bərpa etməyə cəhd edərsə, o, həmin obyektlərə qarşı yenidən zərbələr endirməyi əmr edəcək.

Yaxın zamanlarda İran Prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, Tehran öz nüvə obyektlərini "daha güclü şəkildə” bərpa edəcək.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr