AZ

“Dəmiryolu və avtomobil tunellərinin layihələndirmə normaları” təsdiqləndi

Bakı.Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası"Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmənormaları"nı təsdiqləyib.

Trend xəbərverir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərarimzalayıb.

Qərara əsasən, bu normalar rels izi 1520 mm olan ümumi şəbəkədəmir yollarında və bütün dərəcəli ümumi istifadədə olan avtomobilyollarında yeni tikilən və yenidən qurulan tunellərinlayihələndirilməsinə və tikintisinə şamil olunur.

Bundan başqa, normalar dəmir yolunun yüksək sürətli (200km/saatdan artıq) sərnişin daşımaları xətləri, eləcə də sürətliavtomagistrallar (hesablama hərəkət sürəti 150 km/saatdan artıq)üzərində inşa olunan tunellərə və şəhər nəqliyyatı tunellərinəşamil olunmur.

Tunellər onların bütün istismar müddəti ərzində nəqliyyatvasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini, inşaatkonstruksiyalarının və daimi qurğuların qənaətli və çox zəhməttələb etmədən saxlanmasını, xidmət personalının sağlamlığını vətəhlükəsiz əmək şəraitini, həmçinin ətraf mühitin mühafizəsinitəmin etməli, eləcə də “Avtomobilyolları haqqında”, “Ətrafmühitə təsirin qiymətləndirilməsi haqqında”, “Yerintəki haqqında”, “Texnikitəhlükəsizlik haqqında” və “Atmosferhavasının mühafizəsi haqqında” Azərbaycan Respublikasınınqanunlarının tələblərinə cavab verməlidir.

Tunellərin tektonik qırılma zonalarında, sürüşmə sahələrində,intensiv su yığılması olan yerlərdə (geniş dərələrdə, suayrıclarınensiz keçid yerlərində və s.), karst təhlükəli ərazilərdə, tunelinportallarının (girişlərinin) və portalətrafı sahələrinin isə qaruçqunlarının, sel axınlarının və daşqopmaların mümkün olduğuyerlərdə yerləşdirilməsinə yol verilməməlidir.

Qəbul olunan texniki həllər, konstruksiya və materiallar tunelgeyimlərinin istismar müddətinin 100 ildən az olmamasını təminetməlidir. Daimi qurğuların inşaat konstruksiyalarınıntəmirlərarası müddəti azı 50 il təşkil etməlidir.

Yeraltı hissələrdə yerləşən tunellər, mədən dəhlizləri və digərtunelyanı qurğular, küləyədavamlı sərt qaya qruntlarında yerləşəntunelyanı qurğular istisna olunmaqla daimi tunel geyiminə malikolmalıdırlar.

Yuxarı səthə çıxışı olan tunel və mədən dəhlizlərinə girişlərmöhkəmləndirilməli və portallar, rampalar şəklində yerinəyetirilməlidir.

Təhlükəli geoloji proseslər zonasında (sürüşmə, uçqun, selaxınları, qar uçqunları və s.) zəruri mühafizə qurğuları olmalı vəyaxud qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərəuyğun olaraq tunelin portallarının və portalyanı sahələrinin tələbolunan mühafizəsini təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Tunellərin kameraları və divar oyuqları olmalıdır. Kameralartunelin hər iki tərəfində 300 m-dən artıq olmamaqla şahmatqaydasında yerləşdirilərək qurulmalıdır. Tunelin uzunluğu 300 m-dən500 m-dək olduqda tunelin ortasında bir kameranın olması, uzunluq500 m-dən 700 m-dək olduqda isə - iki tərəfdə aralarında, həmçininonlarla portallar arasında bərabər məsafə olan iki kameranın olmasızəruridir.

Divar oyuqları kameralar arasında 60 m-dən bir tunelin hər ikitərəfində yerləşdirilməlidir.

Avtomobil yolları tunellərində kameralar nəzərdə tutulmur.

Tunel tipli yol ötürücülərində kamera və oyuqlar nəzərdətutulmur.

Seçilən
46
az.trend.az

1Mənbələr