Britaniyalı alimlər hazırladıqları yeni bir gel ilə diş çürüməsinin müalicəsini tapıblar.
Publika.az xəbər verir ki, İngiltərədəki Nottinqem Universitetinin mütəxəssisləri bununla bağlı tədqiqat aparıblar.
Tədqiqatın nəticələri göstərir ki, hazırlanmış zülal əsaslı maddə körpələrdə mina inkişafına kömək edən xüsusiyyətləri təqlid edir. Tədqiqatın aparıcı əməkdaşı, professor Alvaro Mata ilk məhsulu gələn il satışa çıxarmağa ümid etdiklərini bildirib.
Onun sözlərinə görə, diş minasının pisləşməsi diş çürüməsi və ağız sağlamlığı, eləcə də diabet və ürək-damar xəstəlikləri ilə əlaqələndirilir.