AZ

"Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim"

Əməkdar artist Bəsti Bəkirova toyda çıxış etmək üçün ona təklif olunan məbləğdən danışıb.

Milli.Az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan sənətçi həmin məbləği açıqlayıb. 

"Biz pula satılmırdıq. Bir adama söz vermişdim ki, toyuna gedəcəyəm. Gəncədən qapıma gəliblər. Adını desəm, tükləriniz biz-biz olardı. Elə bir adam idi. Mənə dedi ki, 50 min manat verirəm. "Gedə bilmərəm" cavabını verdim. 100 minə çıxan təklifə də yox dedim.

Elə olub ki, söz vermədən, sadəcə prinsipə ürəyim istəmədi getmədim". 

Bəsti Bəkirovanın bu etirafı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
40
5
milli.az

6Mənbələr