AZ

Milli İncəsənət Muzeyində “Zəfərin rəngləri” adlı sərginin açılışı keçirilib FOTOLAR

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfərin rəngləri” adlı sərginin açılışı keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.Demokrat.az xəbər verir ki, əvvəlcə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra muzeyin direktoru Şirin Məlikova və Rəssamlar İttifaqının birinci müavini, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək sərginin qələbəmizin sənət salnaməsinə çevrildiyini, Vətən sevgisi və milli qürur hissinin rənglərdə əks olunduğunu vurğulayıblar.Ekspozisiyada tanınmış və gənc rəssamların Qarabağın təbiətinə, qəhrəmanlarımıza, azad edilmiş torpaqlarda aparılan quruculuğa və Böyük Qayıdışa həsr edilmiş əsərləri nümayiş olunur. Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Adil Şıxəliyev, Elşən Hacızadə, eləcə də müasir sənət nümayəndələri Vəfa Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva, Hafiz Kərimov, Ülkər Əliyeva və başqalarının müxtəlif texnikalarda işlədikləri əsərlər sərgilənir.“Cıdır düzü”, “Xarıbülbül”, “Xudafərin körpüsü”, “Zəfərin şəfəqi”, “Şuşa, sən azadsan” kimi kompozisiyalar ekspozisiyanın əsas ideya xəttini təşkil edir.Sərgi 9 noyabradək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
demokrat.az

3Mənbələr