AZ

Ermənistan Parlamentində müxalifətin “türk pomidoru” etirazı: “Gəlməsin…”

Artıq xeyli vaxtdır ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bəyan edir. Hətta bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən konfransda çıxışı zamanı bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılması üçün bütün hazırlıqları başa çatdırıb. Məlumatlarda o da vurğulanır ki, hazırda iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr formatında danışıqlar davam edir, lakin sərhədlərin açılması üçün konkret tarix hələlik açıqlanmayıb.

Amma…

NOCOMMET.az xəbər verir ki, Ermənistan Parlamentinin İqtisadi məsələlər daimi komissiyasının iclasında müxalifətçi deputat Tadevos Avetisyan Türkiyədən satış üçün gətirilən pomidorla bağlı etirazını bildirib. Deputat bunun erməni istehsalçılara ciddi zərbə vura biləcəyini səbəb gətirib.

 

Avetisyanın bildirir ki, onun araşdırmalarına görə, Türkiyədə kənd təsərrüfatı Ermənistanla müqayisədə dövlət səviyyəsində 2-2,5 dəfə çox dəstək alır. Ona görə də Türkiyənin istixana pomidorları bazara girəndə aşağı qiyməti ilə “yerli istehsalçıları sıxışdıracaq”.

 

Deputat qeyd edib ki, burada ciddi rəqabət məsələləri var və dövlət tənzimlənməsi nəinki zəruridir, həm də vaxtı keçmişdir.

Xatırladaq ki, ürkiyə Statistika İdarəsinin məlumatına görə , bu ilin mart ayı ərzində Türkiyə Ermənistana 1 milyon 491 min dollar dəyərində məhsul ixrac edib.

Bu ilin sentyabr ayı ərzində Türkiyə Ermənistana 572 min dollar dəyərində məhsul ixrac edib.

Maraqlıdır ki,Ermənistan Türkiyədən milyonlar dəyərində alış-veriş edir, ticarət əlaqələri var. Amma söhbət pomidora çatanda müxalifət deputatları etiraza qalxırlar.

Seçilən
47
nocomment.az

1Mənbələr