AZ

Sahil Babayev: "Bələdiyyələrin subvensiya və subsidiya vəsaitlərindən istifadə çox aşağıdır" » AzadMedia.az

Sahil

Azərbaycanda bələdiyyələrə ayrılan subvensiya və subsidiya vəsaitlərinin mənimsənilməsi səviyyəsi olduqca aşağıdır.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Nazirin sözlərinə görə, bələdiyyələrə dotasiya, subsidiya və subvensiyalar ayrılır: "Bələdiyyələrin dotasiyalarının istifadəsi cari il üzrə qənaətbəxş səviyyədədir. Lakin subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır. Bu ilin 9 ayı üzrə bu göstərici cəmi 50 % təşkil edir. Buna görə də növbəti il üçün bu vəsaitlərin artırılması nəzərdə tutulmur".

Seçilən
18
3
azadmedia.az

4Mənbələr