AZ

“Çelsi” "Real"ın ulduzunu istəyir: Bu qədər pul verir

“Çelsi” “Real”ın braziliyalı hücumçusu Rodriqonu transfer etməkdə maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes.net" məlumat yayıb.

Mənbənin sözlərinə görə, “zadəganlar” 24 yaşlı futbolçunun keçidi üçün Madrid klubuna 80 milyon avro təklif ediblər.

2025/26 mövsümündə Rodriqo klub səviyyəsində 12 oyuna çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Seçilən
30
publika.az

1Mənbələr