AZ

“Ankara Məktəbi” Məktəb Liseyində Zəfər Gününə həsr olunan tədbir hər kəsi kövrəltdi

“Ankara Məktəbi” Məktəb Liseyində “8 Noyabr – Zəfər Günü” münasibətilə Tədbirlər Planına uyğun olaraq 4ç sinif müəllimi Fidan Məmmədova tərəfindən möhtəşəm tədbir təşkil olunub.

Tribunainfo.az xəbər verir ki, tədbirdə şagirdlər Qarabağın qədim tarixindən başlayaraq I Qarabağ müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi və 30 ildən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun rəşadəti sayəsində qazanılan böyük Zəfər tarixinə qədər olan hadisələri səhnələr vasitəsilə canlandırıblar. Səhnəciklər izləyicilərə duyğulu anlar yaşadıb, bir çoxları kövrəlməkdən özünü saxlaya bilməyib.

Tədbir çərçivəsində Dövlət Himni səsləndirilib, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa olunub. Şagirdlər hərbi geyimdə qəhrəmanlıq səhnələrini təqdim edib, milli geyimdə isə milli rəqslərimizi nümayiş etdiriblər. Tədbiri məktəb kollektivi, valideynlər və qonaqlar böyük diqqətlə izləyiblər.

Sonda liseyin direktor müavini Zülfiyyə Qurbanova çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə müəllim Fidan Məmmədovaya təşəkkürünü bildirib və tədbirin hər kəsi təsirləndirdiyini vurğulayıb. Digər müəllimlər də çıxış edərək öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirə dəvət olunan Vətən müharibəsi qazisi Nəzərli Yaşar Fuad oğlu da çıxış edərək göstərilən ehtiram üçün təşəkkür edib, şagirdlərə və müəllim heyətinə uğurlar arzulayıb.

Seçilən
2
3
tribunainfo.az

4Mənbələr