Hurriyyet.az xəbər verir ki, futbol mövzulu rəsmləri ilə tanınan məşhur karikaturaçı Omar Momani növbəti əsərini "Qarabağ" komandasına həsr edib.
Momaninin sosial media hesabında paylaşdığı şəkildə "Qarabağ" futbolçusunun "Çelsi"nin rəmzi rəmzi olan mavi şiri boğmağa çalışması təsvir olunub.
Momani "Qarabağ"ın (Ağdam) UEFA Çempionlar Liqasının 4-cü turunda "Çelsi" (London) ilə heç-heçə etdiyi matç (2:2) barəsində yazıb: "Qarabağ" "Çelsi"yə qarşı oyunda döyüş ruhu, güc və qələbə ehtirası ortaya qoydu! Bu heç-heçə qalibiyyətə bərabər oldu”.
Hürr Tərcüman