AZ

Ərdoğan Liviya Baş naziri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə Liviya arasında ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan söhbət zamanı bildirib ki, Türkiyə Liviyadakı prosesləri yaxından izləyir və ölkədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcək.

O, Türkiyə ilə Liviya arasında, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və hər iki ölkənin Şərqi Aralıq dənizindəki hüquq və mənafelərinin qorunması istiqamətində həmrəy şəkildə apardıqları işlərin davam edəcəyini qeyd edib.

Seçilən
57
1
operativmm.az

2Mənbələr