Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakının Nərimanov rayonunda 38 yaşlı kişi münasibətdə olduğu qadına iş quraraq gəlir əldə etmək adı ilə dələduzluq edib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Məcid Babayev özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Sünbülə Səlimovaya (ad-soyad şərtidir – red.) Gürcüstandan “Toyota Prius” markalı avtomobil gətirərək icarəyə verməklə qazanc əldə edəcəyinə vəd verib. O, bu yolla qadına məxsus Nərimanov rayonundakı mənzilində 16.000 manat alaraq ələ keçirib. Hadisəni törədən M. Babayevə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi olaraq 2019-cu ildən ölkəyə avtomobil gətirərək satışı ilə məşğul olur və il ərzində təxminən 40-50 avtomobil gətiririb: “Zərərçəkmiş Sünbüləni təxminən 5-6 ildir ki tanıyıram və mənim avtomobil satışı ilə məşğul olduğumu bilirdi. Mənə bildirdi ki, 16.000 manat pulu var, pulu “oborota” salmaq istəyir. Təklif etdim ki, həmin pula ölkəyə maşın gətirərək sataq, ona qazanc verib”. Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2023-cü ilin fevral ayında Sünbülədən 16.000 manat alıb, həmin pula ölkəyə 3 dəfə avtomobil gətirib: “Gətirdiyim avtomaşınlara görə ona təxminən 1700 manat xeyir verdim. Təzədən maşın sifariş etdim, tanımadığım adama, yəni xatırlamadığım tarixdə, bir nəfər “TİR” sürücüsünə 20.000 ABŞ dolları pul verdim ki, pulu Gürcüstanda Kənan adlı şəxsə versin. Həmin şəxslərin telefon nömrələrini soyadlarını və yaxud başqa məlumatlarını bilmirəm. Həmin Kənan adlı şəxslə Gürcüstanda tanış olmuşam. Həmin şəxs barəsində başqa məlumatlarım yoxdur. Lakin həmin şəxsə pul versəm də, sifariş verdiyim maşın gəlmədi. Hazırda zərərçəkmiş şəxs ilə ilə barışmışam. Ona dəyən 16000 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəmişəm”.Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxsin həmin məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.