AZ

Əməkdar artist Vahid Əliyev dəfn edildi - YENİLƏNİB

"Bakı Metropoliteni vaqon parkının yenilənməsi işi davam etdirilir".

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolarla üzrə iş departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.

O bildirib ki, hazırda vaqon parkının 50 faizi yenilənib:

"Yəni artıq xətdə olan iki qatarın biri yeni qatardır. Bu gün 3 qatar, ilin sonuna qədər isə daha 3 qatar xəttə buraxılacaq. Bununla da vaqon parkının tam 50 faizi yeni qatarlar olacaq".

A.Bəkirov bildirib ki, 2040-cı ilə qədər Bakı Metropoliteninin vaqon parkı tam yenilənəcək:

"Çünki hazırda xətdə olan ən köhnə qatarın istismar müddəti 2049-cı ildə başa çatır. Həmin qatar da xətdən çıxarılandan sonra vaqon parkı tam yeni qatarlardan ibarət olacaq".

Seçilən
29
avtosfer.az

1Mənbələr