AZ

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış mənfəəti 6,4 milyard manatı keçib

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) ümumi satışdan mənfəəti 6 milyard 424 milyon manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Ümumi mənfəətin formalaşmasında ən böyük pay orta sahibkarlığın üzərinə düşür. Belə ki, il ərzində orta müəssisələr 4 milyard 523 milyon manat mənfəət əldə ediblər. Kiçik sahibkarlıq subyektləri 1 milyard 528 milyon manat, mikro sahibkarlar isə 373 milyon manat mənfəətlə ilı başa vurublar

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərən KOB-ların ümumi mənfəəti 155 milyon 48 min manat təşkil edib. Bu məbləğin 81,9 milyon manatı orta, 49,1 milyon manatı kiçik, 24,1 milyon manatı isə mikro sahibkarlığın payına düşüb.

İqtisadi fəaliyyət növləri üzrə ən yüksək mənfəət göstəriciləri ticarət və nəqliyyat vasitələrinin təmiri (2 milyard 436 milyon manat), tikinti (898 milyon manat), emal sənayesi (608 milyon manat) və peşə, elmi və texniki fəaliyyət (598 milyon manat) sahələrində qeydə alınıb. Bu dörd sahə KOB-ların ümumi mənfəətinin təxminən 70%-ni təşkil edir.

Bununla yanaşı, iki sahədə KOB-lar ili zərərlə başa vurublar. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi 38,2 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı sahəsi isə 8,3 milyon manat zərər edib. Maraqlıdır ki, bu sahələrdə zərər əsasən mikro və orta müəssisələrin payına düşdüyü halda, kiçik müəssisələr mənfəətlə işləyə bilib.

Mədənçıxarma sənayesində KOB-ların ümumi mənfəəti 207 milyon 800 min manat olub. Bunun 191,4 milyon manatı orta, 14,7 milyon manatı kiçik, 1,7 milyon manatı isə mikro müəssisələrin payına düşür.

Emal sənayesində isə ümumi mənfəət 607 milyon 689 min manat səviyyəsində olub. Bu məbləğin 491,7 milyon manatı orta, 98,2 milyon manatı kiçik, 17,9 milyon manatı isə mikro sahibkarlığa aiddir.

Energetika sahəsində (elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı) KOB-lar ili 8 milyon 327 min manat zərərlə başa vurub. Mikro müəssisələr 4,6 milyon manat, orta müəssisələr 4,2 milyon manat zərər edib, kiçik müəssisələr isə 472,5 min manat mənfəət qazanıb.

Su təchizatı və tullantıların təmizlənməsi sahəsində fəaliyyət göstərən KOB-lar da 2024-cü ili 38 milyon 247 min manat zərərlə başa vurub. Orta müəssisələrin zərəri 34,1 milyon, kiçik müəssisələrin zərəri 5,4 milyon manat, mikro müəssisələrin mənfəəti isə 1,3 milyon manat olub.

Tikinti sahəsində ümumi mənfəət 897 milyon 857 min manat təşkil edib. Bunun 672,5 milyon manatı orta, 211,3 milyon manatı kiçik, 14,1 milyon manatı isə mikro sahibkarlığın payına düşür.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərən KOB-lar 2 milyard 436 milyon 200 min manat mənfəət əldə edib. Bu mənfəətin 1 milyard 724 milyon manatı orta, 622,4 milyon manatı kiçik, 89,9 milyon manatı isə mikro sahibkarlığa aiddir.

Nəqliyyat və anbar təsərrüfatı sahəsində ümumi mənfəət 248 milyon 585 min manat olub. Bunun 134 milyon manatı orta, 91,3 milyon manatı kiçik, 23,3 milyon manatı mikro müəssisələrə məxsusdur.

Turizm və ictimai iaşə sahəsində fəaliyyət göstərən KOB-lar 2024-cü ildə 326 milyon 722 min manat mənfəət əldə edib. Bu məbləğin 269 milyon manatı orta, 49,3 milyon manatı kiçik, 8,5 milyon manatı isə mikro sahibkarlığın payına düşüb.

İnformasiya və rabitə sahəsində ümumi mənfəət 361 milyon 491 min manat təşkil edib. Bunun 255 milyon manatı orta, 58,4 milyon manatı kiçik, 48,1 milyon manatı isə mikro sahibkarlığa aiddir.

Maliyyə və sığorta fəaliyyətində KOB-ların ümumi mənfəəti 34 milyon 724 min manat olub. Bu məbləğin 14,1 milyon manatı kiçik, 10,5 milyon manatı orta, 10,1 milyon manatı isə mikro müəssisələrə aiddir.

Daşınmaz əmlakla bağlı əməliyyatlar sahəsində ümumi mənfəət 134 milyon 549 min manat təşkil edib. Bunun 80,5 milyon manatı orta, 51,6 milyon manatı kiçik, 2,5 milyon manatı isə mikro sahibkarlığın payına düşür.

Peşə, elmi və texniki fəaliyyət sahəsində ümumi mənfəət 597 milyon 769 min manat olub. Bu mənfəətin 360,5 milyon manatı orta, 152,8 milyon manatı kiçik, 84,5 milyon manatı isə mikro sahibkarlığa aiddir.

İnzibati və yardımçı xidmətlər sahəsində ümumi mənfəət 147 milyon 408 min manat olub. Bunun 66,9 milyon manatı orta, 60 milyon manatı kiçik, 20,5 milyon manatı isə mikro müəssisələrin payına düşür.

Təhsil sahəsində KOB-ların ümumi mənfəəti 68 milyon 487 min manat olub. Bunun 45,6 milyon manatı orta, 12,2 milyon manatı kiçik, 10,7 milyon manatı isə mikro sahibkarlığa aiddir.

Səhiyyə və sosial xidmətlər sahəsində ümumi mənfəət 115 milyon 425 min manat təşkil edib. Bu mənfəətin 95,2 milyon manatı orta, 13,7 milyon manatı kiçik, 6,5 milyon manatı isə mikro sahibkarlığın payına düşür.

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət göstərən KOB-ların ümumi mənfəəti 27 milyon 309 min manat olub. Bunun 20,7 milyon manatı orta, 3 milyon manatı kiçik, 3,6 milyon manatı isə mikro sahibkarlığın payına düşür.

Digər xidmət sahələrində ümumi mənfəət 10 milyon 363 min manat təşkil edib. Bu məbləğin 6,2 milyon manatı orta, 3,1 milyon manatı kiçik, 1 milyon manatı isə mikro sahibkarlığa aiddir.

Ümumilikdə 2024-cü ildə KOB-ların ən çox mənfəət əldə etdiyi sahələr ticarət, tikinti, emal sənayesipeşə-elmi fəaliyyət olub. Energetikasu təchizatı sektorları isə ili zərərlə başa vurub.

Seçilən
45
fed.az

1Mənbələr