AZ

Əmrullayev təhsilə ayrılan vəsaiti dağıdır Ekspert

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illər təhsil büdcəsinin həcmi dinamik artsa da, onun səmərəsiz və səriştəsiz icrası ölkə təhsilinin inkişafına mane olur. Bu təhsilimizin ciddi problemlərindən biridir.

Tribunainfo.az xəbər verir ki, bu barədə dosent, təhsil üzrə ekspert İlham Əhmədov dövlət büdcəsindən təhsilə ayrılan vəsait barədə danışarkən deyib. Ekspert bildirib ki, hər il təhsil büdcəsi artsa da, nəticə dəyişmir:

“Bu gün Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan maliyyə vəsaiti ümumi xərclərin 10 + %-ni təşkil edir. Rəqəmlər artım tendensiyasını göstərsə də, bu vəsaitlərin xərclənmə səmərəsi, peşəkarlığı, məqsədyönlülüyü və təhsilin nəticələrinə təsiri (şagird nailiyyəti, müəllim keyfiyyəti, infrastruktur davamlılığı, beynəlxalq qiymətləndirmələr, beynəlxalq olimpiada və reytinqlərdə zəif nəticələr v.s.) çox aşağıdır.

Elm və Təhsil Nazirliyinə bu sahənin ağır vəziyyətini anlatmaq üçün səthi təhlil də kifayətdir.

Əgər daha dərin təhlil istəsələr, onu də təqdim etmək mümkündür. Təki tərsinə qurulmuş və bataqlığa salınmış milli təhsilimiz ayağa dursun”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
tribunainfo.az

2Mənbələr