AZ

ABŞ narkotik daşıyan qayığı belə məhv etdi

Amerika qüvvələri beynəlxalq Karib sularında narkotiklərin daşınması üçün istifadə edildiyi iddia edilən daha bir qayığı məhv edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset “X”-də yazıb:

"Əvvəllər də qeyd etdiyimiz kimi, narkotik-terrorçu gəmilərə hücumlar amerikalıları zəhərləməyi dayandırana qədər davam edəcək".

O bildirib ki, qayıqda narkotik maddə və ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi təşkilatın üzvləri olub. Təşkilatın adı açıqlanmayıb.

Heqsetin sözlərinə görə, qayıqda üç “narkoterrorçu” olub. Onlar ABŞ ordusunun endirdiyi zərbə nəticəsində həlak olublar.

Seçilən
43
publika.az

1Mənbələr