AZ

“Şanlı Zəfər” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 7 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 8 Noyabr – Zəfər Günü münasibətilə tələbələr arasında “Şanlı Zəfər” mövzusunda elan etdiyi esse müsabiqəsi başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə BDU-nun 60 tələbəsi iştirak edib. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

Müsabiqə komissiyasının qərarı ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehri Quluzadə I, Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Həmidə Nəbizadə II, Coğrafiya fakültəsinin III kurs tələbəsi Varis Əhmədli III yerə layiq görülüblər. Filologiya və Hüquq fakültələrinin III kurs tələbələri Nəzrin Həsənli və Jalə Xankişiyeva isə həvəsləndirici yerləri qazanıblar.

Qalib müəlliflər BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunacaqlar. Onların esseləri BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Seçilən
3
2
azertag.az

3Mənbələr