AZ

Kirayədə qalaraq evi almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vətəndaşların mənzil təminatını yaxşılaşdırmaq məqsədilə növbəti böyük satınalma prosesinə start verir.

BAKU.WS-in əldə etdiyi məlumata görə, fond satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satışını həyata keçirəcək.

Satınalmanın ümumi ehtimal olunan dəyəri 199,5 milyon manat təşkil edir.

Bu layihə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli, 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi Qaydası"na əsaslanır.

Məqsəd vətəndaşların uzunmüddətli kirayə müqaviləsi əsasında mənzil əldə etməsinə şərait yaratmaq və ölkədə sosial mənzil fondunun genişləndirilməsini təmin etməkdir.

Satınalma çərçivəsində Fond Bakı şəhərinin inzibati ərazisində yerləşən yaşayış massivlərində yeni mənzillərin alınmasını planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
2
baku.ws

3Mənbələr