Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri Yasamal rayonu ərazisində salınan Mərkəzi Parkın 4-cü fazasının Konsepsiyasının hazırlanması və layihələndirmənin həyata keçirilməsi xidmətlərinin satın alınması üzrə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, satınalmanın qalibi “Hoffmann-Janz Ziviltechniker GmbH” şirkəti olub. Müqavilənin ümumi məbləği 2 milyon 828 min 486 manat 22 qəpik təşkil edir.
Satınalma bir mənbə metodu ilə həyata keçirilib.