AZ

Ali Məclis Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayıb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi 8 noyabr - ZəfərGününün beşinci ildönümü ilə əlaqədar bəyanat verib.

Trendhəmin bəyanatı təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali BaşKomandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı AzərbaycanOrdusunun 30 ilə yaxın bir müddətdə işğal altında olantorpaqlarımızı azad edərək qazandığı tarixi Zəfərin beşinciildönümünü böyük təntənə ilə qeyd edirik.

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki,“Torpaqlarımızın azad olunması, respublikamızın ərazibütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın gələcək xoşbəxtgünü gəlib çatacaqdır”.

Bu gün biz məhz həmin günləri yaşayırıq. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunuuğurla davam etdirərək tarixi Zəfər qazanıb, Azərbaycanı qüdrətlidövlətə çevirib.

Bu bir həqiqətdir ki, tarixi Zəfəri şərtləndirən əsas amillərdənbiri də Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindənəsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyiilə uğurla həyata keçirilən milli inkişaf strategiyası olmuşdur.Aparılan İqtisadi islahatlar, idarəetmənin təkmilləşdirilməsi,vətəndaş məmnunluğuna nail olunması və qanunvericilik bazasınınzənginləşdirilməsi təkmil siyasi sistem və dövlət idarəçilikmexanizmi formalaşdırmış, əhali rifahı yüksəlmişdir. Eyni zamandasosial-iqtisadi inkişafla paralel olaraq milli ruhda sağlam gəncnəslin yetişdirilməsi başlıca istiqamət kimi götürülmüş, SilahlıQüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin vəpeşəkarlığının davamlı artırılması güclü müdafiə potensialıyaratmış, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslananxarici siyasət kursu isə ölkəmizin dünya birliyindəki mövqeyinimöhkəmləndirmişdir. Bütün bunlar da xalqı milli amallar vəməqsədlər naminə birləşdirmiş, Xalq-Lider birliyi təmin edilmiş,Azərbaycan həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidəböyük Qələbə qazanmışdır.

Münaqişə dövründə Azərbaycan dəfələrlə beynəlxalq hüquqnormaları çərçivəsində məsələnin sülh və danışıqlar yolu iləhəllinə, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasınaçalışmışdır. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistan növbətihərbi əməliyyatlara başlamış, Azərbaycan ordusunun mövqelərinə vəmülki yaşayış sahələrinə hücumlar etmişdir. Buna cavab olaraqAzərbaycan BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndanistifadə edərək əks-hücum əməliyyatı keçirmiş, 44 gün davam edənVətən müharibəsində torpaqlarımız işğaldan azad edilmiş, hərbtariximizə şanlı səhifələr yazılmışdır.

8 Noyabr – Zəfər Günü uzun illər işğalçılıq, etnik təmizləmə vəsoyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqının əzminin vəmilli birliyinin, beynəlxalq hüququn aliliyinin və ədalətintəntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham ƏliyevAzərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərəkregionda yeni geostrateji reallıqlar yaratmışdır. 2023-cü ilsentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterrortədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisindəbərpa olunması ilə nəticələnmişdir. Bununla da cənab İlham Əliyevən mühüm missiyaya - Ata vəsiyyətinə əməl etmiş, ÜmummilliLiderimiz Heydər Əliyevin arzularını reallaşdırmışdır.

Tarixi Qələbəmizi təmin edən bir çox faktorlar var. Bunlarsırasında şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, malikolduğumuz güclü ordu və dayanıqlı iqtisadiyyat xüsusi qeydolunmalıdır. Lakin bütün bunları özündə cəmləşdirən əsas bir faktorvardır ki, bu olmadan qələbini təmin etmək mümkün deyildi. Sözsüzki, söhbət cənab İlham Əliyev şəxsiyyətindən, Onun Vətəninə vəxalqına bağlılığından, Liderlik məharətindən və qətiyyətindəngedir. Məhz bu qətiyyət və siyasi iradə Qələbə ilə yanaşı, böyükQayıdışın da təməlini qoymuşdur. Hazırda Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonları yenidən qurulur.

Azərbaycanın qazandığı tarixi Zəfərin regionda yaratdığı yenireallıqlar - davamlı sülh, sabitlik, quruculuq və təhlükəsizlikbeynəlxalq səviyyədə qəbul olunur və dəstəklənir. Dünyanın qüdrətlidövlətləri və təşkilatları ilə əlaqələr daha da möhkəmlənib. ÖlkəPrezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanbeynəlxalq aləmdə etibarlı tərəfdaş və söz sahibidir. Xüsusilə də2025-ci ilin avqustunda ölkə başçısının Amerika BirləşmişŞtatlarına səfəri çərçivəsində Vaşinqtonda Azərbaycan və Ermənistanarasında Birgə Bəyannamə imzalanması yeni dövrün təhlükəsizlikkomponentinin təsdiqi və sülh istiqamətində ciddi addımdır. Bumənada Vaşinqton razılaşması, əslində Azərbaycanın Vətənmüharibəsindən sonra başladığı prosesin – sülh müqaviləsiideyasının məntiqi davamı olmaqla yanaşı, həm də ölkəmizinbeynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.

Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin təşəbbüsü ilə reallaşan sülh prosesi və bunun məntiqidavamı olacaq Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, həmdə qlobal miqyasda yeni münasibətlər sisteminin prioritetlərinimüəyyənləşdirir. Zəngəzur dəhlizi iqtisadi, nəqliyyat və enerjiəlaqələrinin, yeni kommunikasiya xətlərinin formalaşmasına vəregionun dayanıqlı inkişafına xidmət edəcəkdir. Bu dəhliz həmçinin“Orta dəhliz” adlandırılan beynəlxalq nəqliyyat marşrutunun əsashəlqələrindən birinə çevrilərək qitələr arasında daha qısa,təhlükəsiz və səmərəli logistika xətti formalaşdıracaq, Naxçıvanınölkəmizin digər bölgələri ilə birbaşa quru əlaqəsinin bərpasımuxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələninəsasını qoyacaqdır. Məhz ölkə Prezidentinin diqqət və qayğısı iləNaxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslıislahatlar da gələcək inkişaf perspektivlərinə hədəflənib.

Bütün bu proseslərdə - istər tarixi Zəfərin qazanılmasında,istərsə də ölkəmizin hərtərəfli tərəqqisində və böyük Qayıdışstrategiyasının reallaşmasında, Qarabağın və Şərqi Zəngəzurundirçəldilməsində Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də xüsusiqeyd olunmalıdır.

Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şərəfli səhifəsi olanZəfər Günü milli birliyimizin simvolu, ən əsası isə qəhrəmanoğullarımızın Vətən və xalq qarşısındakı fədakarlığınınnəticəsidir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Zəfər Gününün tarixiəhəmiyyətini qeyd edir, əlamətdar tarixi gün ərəfəsindəşəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramını bildirir,qazilərimizə şəfa diləyir, Azərbaycan Respublikasının Prezidenti,müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban xanım ƏliyevanıZəfər Gününün beşinci ildönümü münasibəti ilə təbrik edir, ölkəPrezidentinin uzaqgörən daxili və xarici siyasətini bundan sonra dadaim dəstəkləyəcəyini bəyan edir!".

Məqalədə:
Seçilən
42
3
az.trend.az

4Mənbələr