AZ

"Qarabağ" neft yatağı layihəsinə iri investisiyalar tələb olunmayacaq - bp

Bakı. Trend:

“Qarabağ” neft yatağı layihəsinə böyük həcmdə investisiya tələbolunmayacaq.

Trend xəbər verirki, bunu “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəriTamam Bayatlı şirkət tərəfindən “Qarabağ” layihəsi çərçivəsindəseysmik tədqiqatlar proqramına dair Ətraf Mühitə TəsirinQiymətləndirilməsi (ƏMTQ) sənədinin layihəsinin müzakirəsinə həsrolunmuş onlayn görüş zamanı deyib.

bp şirkəti “Qarabağ” yatağının işlənməsi üzrə Risklərin XidmətSazişi (Risk Service Agreement) çərçivəsində operator qismindəçıxış edir.

“"Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarınınişlənməsi zamanı həyata keçirilən genişmiqyaslı infrastrukturinvestisiyalarından fərqli olaraq, burada əlavə iri xərclərəehtiyac olmayacaq. Çünki mövcud sualtı infrastrukturdan istifadəediləcək. İnvestisiyalar yalnız qoşulma və inteqrasiya işlərinəyönəldiləcək”, - deyə o qeyd edib.

Bayatlı bildirib ki, hasil olunacaq nefti mövcud sualtıinfrastruktur vasitəsilə Səngəçal terminalına, oradan isəBakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə nəql etmək mümkünolacaq.

“Bu layihə bizim üçün böyük önəm kəsb edir və Azərbaycan üçün dəolduqca faydalıdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Qarabağ” yatağının müqavilə sahəsi Bakının 120kilometrliyində, 150–200 metr dərinlikdə, “Azəri-Çıraq-Günəşli”(AÇG) və “Əşrəfi–Dan Ulduzu–Aypara” (ƏDUA) müqavilə sahələrinəyaxın ərazidə yerləşir.

2018-ci ildə “Qarabağ” yatağının işlənməsi üzrə Risk XidmətSazişi (Risk Service Agreement, RSA) imzalanıb. 2025-ci ilin mayayında bp şirkəti bu saziş çərçivəsində 35 faiz pay əldə edərəklayihənin operatoru olub. SOCAR-ın törəmə qurumu isə RSA-da 65 faiziştirak payını qoruyub saxlayıb.

Məqalədə:
Seçilən
82
az.trend.az

1Mənbələr