AZ

Ən lüks avtomobilləri alır: Amma sürmür

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əksər insanlar maşın sürmək üçün alırlar. 

Məşhur idmançı Kriştiano Ronaldo onlardan deyil. Futbolçunun 40-dan çox lüks avtomobili var, amma heç vaxt onlardan birini sürmür.

“Cebheinfo.az” xəbər verir ki, "Uncensored" verilişində Piers Morqana verdiyi müsahibədə Ronaldo bunu etiraf edib. O deyib ki, maşınları sürmək üçün deyil, investisiya olaraq alır: 

"Üç həftə əvvəl maşın aldım. Kolleksiya üçündür. Bu, çərçivə almaq kimidir. Mən bu maşını sürməyəcəyəm. O investisiyadır."

40 yaşlı idmançı hətta maşınlarını belə saymır, lakin kolleksiyasında təxminən 41 avtomobil olduğunu təxmin edir. Ən sevdiyi “Bugatti”dir. "Bu, tamamilə fərqli bir canavardır", -deyə Ronaldo zarafatla deyir. Futbolçu bildirib ki, Səudiyyə Ərəbistanında yaşayır, vaxtının çox hissəsi məşqlə keçirir. 

Kolleksiyasından, yəni maşınlarından o qədər uzaqdır ki, bu yaxınlarda Madriddə bir həftə keçirib və maşınların orada olduğundan əmin olmaq üçün qarajını belə yoxlamayıb. Ronaldo deyib: "Avtomobillər artıq mənim üçün ehtiras deyil”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr