AZ

Ayxan Hacızadə: Digər 4 anklavın Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkəmizin əhəmiyyətli diplomatik uğurlarındandır.

Bunu APA-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, digər 4 anklavın - Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir.

"Bu məsələ delimitasiya komissiyaları çərçivəsində öz həllini tapmalıdır”, - Ayxan Hacızadə qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
5
apa.az

6Mənbələr